Kreml Ərdoğan-Əsəd görüşünə yardım etməyə hazır olduğunu təsdiqləyib - YENİLƏNİB

2017/12/Bəşər-Əsəd---Ərdoğan_1514383050.jpg
Oxunub: 285     13:54     02 Dekabr 2022    
Rusiyanın vasitəçiliyi ilə Türkiyə və Suriya prezidentlərinin danışıqlarının mümkünlük potensialı var.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan-Bəşər Əsəd danışıqları sabitliyin təminatı baxımından uyğundur və Rusiya Federasiyası buna yardım etməyə hazırdır.

Peskov onu da bildirib ki, hələlik Ərdoğan və Əsəd arasında Rusiyanın vasitəçiliyi ilə mümkün görüşlə bağlı konkretlik yoxdur.

*****

Moskva Suriya və Türkiyə prezidentləri arasında Rusiyada görüş təşkil etmək üzərində işləyir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

Onun sözlərinə görə, prezidentlərin Rusiya Federasiyasında görüşünün mümkünlüyü həmişə mövcuddur və Moskva bunu dəstəkləyir.

"Bir daha deyirəm, Türkiyə bunu nəzərdən keçirməlidir. Biz belə bir görüşün ümumilikdə müsbət və faydalı olacağına inanırıq və biz bu istiqamətdə işləyirik", - Lavrentyev “Əl-Ərəbiyə” telekanalına müsahibəsində deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin