“Türklər Zəngəzur dəhlizinin açılması uğrunda mübarizənin əsas məqsədini heç vaxt gizlətməyiblər” - Hambaryan

2022/01/f45gh-1641317586.jpg
Oxunub: 384     17:10     02 Dekabr 2022    
“2020-ci ildə Qarabağda baş verən son biabırçı müharibədən sonra türklər Türkiyə-Azərbaycan tandemi ilə Zəngəzur dəhlizinin açılması uğrunda mübarizənin əsas məqsədini heç vaxt gizlətməyiblər: onlar bu dəhliz vasitəsilə Bakı ilə Ankara arasında birbaşa əlaqə yaratmağı qarşısına məqsəd qoyublar”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan öz “Facebook” səhifəsində yazıb.

“Bəs torpaqsız Nikol nə edir?... Birincisi, çıxışlarında davamlı olaraq bəyan edir ki, dəhliz olmayacaq, bu yalandır... İkincisi, manipulyasiya və yalanlarla erməni ictimaiyyətini inandırmağa çalışır ki, guya yollar açılacağı təqdirdə Azərbaycanın qərb hissəsi Naxçıvana qovuşacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Zəngəzur-Dəhlizi  


Bizi "telegram"da izləyin