“Lavrov dedi ki, Azərbaycan hər bir Azərbaycan vətəndaşı kimi erməni əhalisinin də hüquqlarını qorumağa hazırdır” - Poğosyan

2022/11/1669028712.jpg
Oxunub: 707     19:12     02 Dekabr 2022    
“Biz çoxdan bilirik ki, bugünkü hakimiyyət “Qarabağın statusu”ndan imtina edib və Qarabağ sakinlərinin (qanunsuz məskunlaşmış – red.) hüquqlarından danışır, Lavrov bizə bunu deməli idimi?”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Tevan Poğosyan deyib.

Onun sözlərinə görə, iki ildir hamı Ermənistanın indiki hakimiyyətinin Qarabağdan əl çəkməsindən danışır.

“Biz bunu Lavrovun dediklərindən bilməli idikmi? Amma Lavrov başqa şey dedi. Onun sözlərinə görə, Azərbaycan bəyan edib ki, mən hər bir Azərbaycan vətəndaşı kimi erməni əhalisinin də hüquqlarını qorumağa hazıram”, - deyə Poğosyan qeyd edib.

Erməni politoloq Rusiya xarici işlər naziri Lavrovun Alma-Ata sənədinə görə Qarabağın Azərbaycanın bir hissəsi olması barədə bəyanatına toxunaraq bildirib: “Əgər Ermənistan Alma-Ata sənədini ratifikasiya etsə, Ermənistan öz qanunvericiliyi ilə irəliləyəcəkmi? Əgər bizim ratifikasiyamız baş tutacaqsa, o zaman Ermənistan Ali Soveti böyük qeyd-şərt qoyub ki, bu da həmin sənədin tərkib hissəsidir. Bütün bunları nəzərə alaraq, başa düşməliyik ki, hələ hər şey əldən getməyib, işləmək olar, amma təəssüf ki, bu səlahiyyətlilərin işləyəcəyinə ümid yoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Lavrov  


Bizi "telegram"da izləyin