Erməni politoloq: “Qərb bir şey düşünməyə çalışacaq ki, Praqa formatı ləğv olunmasın”

2022/09/c21ec-1663160074.jpg
Oxunub: 328     15:29     02 Dekabr 2022    
“Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşə biləcəyi istənilən platforma gərginliyi azaldan amildir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Armen Vardanyan deyib.

Onun sözlərinə görə, vəziyyət partlayış təhlükəlidir.

Vardanyan qeyd edib ki, ATƏT gərginliyi azalda biləcək yeganə təhlükəsizlik strukturudur.

Erməni politoloq hesab edir ki, tərəflər Polşa platformasında yeni görüşün təşkili gündəliyini müzakirə edəcəklər.

“Qərb bir şey düşünməyə çalışacaq ki, Praqa formatı ləğv olunmasın, Ermənistanla Azərbaycan arasında yeni görüş keçirilsin”, - deyə Vardanyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Ermənistan  


Bizi "telegram"da izləyin