Erməni ekspertlər: “Fransa Milli Assambleyasının qərarı dördüncü analoji qərardır”

2022/12/99-76-1669967853.jpg
Oxunub: 425     17:55     02 Dekabr 2022    
Noyabrın 30-da Fransa Milli Assambleyası Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı sanksiyalar təklif edən qətnamə qəbul edib.

Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan qeyd edib ki, bu, dördüncü analoji qərardır.

“25 noyabr 2020-ci ildə Fransa Senatı çox mühüm qətnamə qəbul etdi, bir həftə sonra isə Milli Assambleyanın aşağı palatası da analoji qərar qəbul etdi. İndi ciddi politoloqların və siyasətçilərin Fransanın qəfil və çox kəskin addımının əhəmiyyətindən xəbərsiz olmağa haqqı yoxdur. Bütün addımlar hökumət tərəfindən atılmır. Siyasəti parlamentarilər və qanunvericilər hazırlayır. Moskva, Bakı və Ankaradakı müvafiq instansiyalar Fransanın mesajını çox yaxşı anladılar”, - deyə o bildirib.

Xzmalyan vurğulayıb ki, bu il noyabrın 25-də Senat, sonra isə Fransa Milli Assambleyası daha da genişmiqyaslı qətnamə qəbul edib və bu qətnamə artıq hökumətin addımlarını hazırlayır.

“Bütün bunlar o deməkdir ki, Fransa Avropa İttifaqının lideri kimi Ermənistanın Avropaya inteqrasiyasını hazırlayır. Düşünürəm ki, bir neçə aydan sonra Ermənistanın Gürcüstanla birlikdə Aİ üzvlüyünə namizəd olacağı ilə bağlı rəsmi açıqlama gələcək. Məncə, bunu artıq 2023-cü ildə görəcəyik”, - deyə o bildirib.

Erməni politoloq Levon Şirinyan qeyd edib ki, qəbul edilən qətnamə “böyük mənəvi dəyər” olmaqla yanaşı, həm də siyasi tendensiyadır.

“Əgər siz bu istiqamətdə işləsəniz, əməli siyasətdə də nəticə əldə edəcəksiniz. Bu, Fransanın mənəvi qiymətidir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin