Qeyd olunur ki, hökumətin mövqeyi 29 noyabr tarixli bəyanatda öz əksini tapıb. Orada deyilir ki, Fransa tərəfləri sülhün mümkünlüyünə nail olmaq üçün danışıqlarda irəliləməyə təşviq etməyə davam edir.
“Birincisi, qətnamənin özünün qanuni qüvvəsi yoxdur. İkincisi, Fransa belə sərt mövqe ilə Ermənistana mane olur, yoxsa olmur? Danışıqlar dalana dirənsə, Ermənistan çətin vəziyyətə düşərsə, məgər Fransa Ermənistanı müdafiə edəcək?”, - deyə Parisin Siyasi Elmlər İnstitutunun eksperti Kayts Minasyan bildirib.
O qeyd edib ki, indi İlham Əliyev Fransanın danışıqlar prosesində iştirakına qarşıdır.
“O, Rusiyaya baxır və eyni zamanda Qərbdə bir tərəfdən ABŞ, digər tərəfdən Fransa arasında parçalanma yaratmaq istəyir. Bundan əlavə, İlham Əliyev həm də Aİ ilə razılaşmanı elan edərək, Fransanın müdaxiləsindən narazılığını bildirərək Aİ ilə Fransa arasında parçalanma yaratmaq istəyir”, - deyə Minasyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az