Ordu.az xəbər verir ki, bunu Ermənistan Ali Sovetinin keçmiş deputatı Azat Arşakyan deyib.
Onun sözlərinə görə, Fransa Milli Assambleyasının qərarını qiymətləndirməmək olmaz.
“Fransa Milli Assambleyasının bəyanatı ruhlandırıcıdır, biz Lukaşenkoların yanında deyilik. Fransa Milli Assambleyasının qərarı ilə biz sürət yığmalıyıq”, - deyə Arşakyan qeyd edib.
Keçmiş erməni deputat hesab edir ki, məğlubiyyətdən sonra rotasiya olmalı idi.
“Bizdə keçid dövrüdür, hakimiyyətdə Nikol Paşinyandır. Müxalifətin boykot elan etməsi dövlət böhranıdır və bu, veto hüququ deyil”, - deyə Arşakyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az