Ordu.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırkı iclas Ukraynada baş verən müharibə şəraitində keçirilir:
“Diplomatiyanın qarşısının açıldığı halda həll yoluna nail olmaq mümkündür. Təbii ki, Ukrayna üçün ədalətli bir sülh olmalıdır. Türkiyə ATƏT-in atdığı addımları güclü şəkildə dəstəkləməyə davam edəcək”.
Ordu.az