Rusiyanın Litvadakı səfirliyinin əməkdaşı arzuolunmaz şəxs elan edilib

2022/04/69702-1649078715.jpg
Oxunub: 241     18:48     01 Dekabr 2022    
Litva Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşlarından birini persona non-qrata elan edib.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, səfirliyin əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlə əlaqədar arzuolunmaz şəxs elan olunub.

Diplomatik nümayəndəliyin adı açıqlanmayan əməkdaşına beş gün ərzində Litva ərazisini tərk etmək əmri verilib.

Rusiya səfirliyi nümayəndəsinin Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib, lakin əlavə şərh verməkdən yayınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Litva  


Bizi "telegram"da izləyin