Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub - FOTOLAR

2022/12/1669906934.jpg
Oxunub: 737     18:16     01 Dekabr 2022    
Dekabrın 1-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.

Bu barədə Ordu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Özbəkistan   HHQ  


Bizi "telegram"da izləyin