Təbii ki, ATƏT və onun artıq öz dövrünü başa vuran Minsk Qrupunun Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşmasına töfhəsi demək olar ki, sıfır səviyyəsindədir. Minsk Qrupunun fəaliyyətsizliyi nəticəsində Qafqazda şiddətli müharibə baş verdi. Ermənistan Minsk Qrupunun həmsədrliyi ilə aparılan danışıqların prinsiplərini ayaqlar altına saldı.
Azərbaycan ATƏT-ə üzv ölkələrin bir çoxunun bütün bunların nəticəsində yaranmış humanitar və iqtisadi problemlərin həllinə minimal da olsa, kömək etməsinə görə minnətdardır, lakin təşkilatın üzvləri öz qərarlarına sədaqətlə yanaşsalar, daha məsuliyyətli və səmərəli nəticələr əldə etmək olardı.
İndi ATƏT ölkələrinin qarşısında duran əsas vəzifə budur ki, təşkilat Ermənistanı sülhə məcbur etməli, yeni təxribatlardan və Qafqazda sabitliyi pozacaq addımlardan çəkindirməlidir.
Aqil Məmmədov
Ordu.az