Uorlikin təmsil etdiyi ABŞ Ermənistana təzyiq etməlidir

2022/12/66-1669895669.jpg
Oxunub: 691     16:48     01 Dekabr 2022    
ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, cari müzakirələr, danışıqlar perspektivləri barədə danışıb.

“Bütün müzakirələrin çətinlik olmadan keçəcəyini gözləmirəm. Təbii olaraq ritorika yəqin ki, hər iki tərəfdə dəyişə bilər, lakin bu, prosesin irəliləməsinə mane olmamalıdır. Tərəflərin danışması və danışıqlar prosesinin olması vacibdir. Prezident Makronun danışıqlarda iştirakı ilə bağlı mənim başa düşdüyüm bəzi fikir ayrılıqları var”, - deyə o qeyd edib.

Uorlik bildirib ki, Prezident İlham Əliyev münaqişə ilə bağlı bütün məsələlərin həll olunduğunu və bütün bunların Azərbaycanın ərazi bütövlüyü məsələsi olduğunu açıq şəkildə bildirib, lakin “Qarabağ sakinlərinin hüquqlarının müdafiəsi” üçün prosesə ehtiyac var.

“Bu, status ətrafında vacib müzakirədir. Başqa məsələlər də var. Məsələn: rabitə, su ehtiyatları, hərbi əsirlərin (diversantlar – red.) qaytarılması. Bütün bunlar maneələrlə üzləşən, lakin həll edilə bilən problemlərdir ki, bunun üçün ilk növbədə Prezident və Baş nazirin iştirakı ilə çoxtərəfli yanaşma olmalıdır”, - deyə amerikalı diplomat vurğulayıb.

Ancaq görünüyü kimi, Uorlikin qeyd etdiyi çoxtərəfli yanaşma üçün imkanlar Ermənistan və onu həvəsləndirən ölkələr tərəfindən azaldılıb. Rəsmi İrəvan Amerika-Rusiya qarşıdurması ilə ifadə olunan və münasibətləri pozan geosiyasi vəziyyətdən su-istifadə etməyə çalışır.

Ermənistan əvvəlki müzakirələrin məzmununu, “tarixini” mahiyyət etibarilə ləğv etməyə çalışır. Bunun qarşısını almaq ümümkündürmü? Bəli. Xarici dövlətlər, ilk öncə Urolikin təmsil etdiyi ABŞ Ermənistana təzyiq etməlidir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uorlik   ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin