Polşa Prezidenti: “Rusiya sözünə etibar olmayan bir dövlətdir”

2022/03/f8128-1648012178.jpg
Oxunub: 278     14:22     01 Dekabr 2022    
“Rusiya sözünə etibar olmayan bir dövlətdir”.

Ordu.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında çıxışı zamanı deyib.

Polşa lideri vurğulayıb ki, ehtimal edilən sülh müqaviləsi Ukraynanın razılığı ilə imzalanmalıdır.

O, Rusiyanı Ukrayna torpaqlarını işğalına görə tənqid edib:

“Təəssüf ki, ATƏT üzvü olmasına baxmayaraq, Rusiya bütün qaydaları tapdalayır. Rusiya sözünə etibar olmayan bir dövlətdir”.

Prezidentin sözlərinə görə, Ukraynadakı mülki şəxslər məqsədli şəkildə öldürülür:

“Biz buna göz yummayacağıq. Sərhədlərin məcburi şəkildə dəyişdirilməsini nəzərdə tutan hansısa razılığı qəbul edə bilmərik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Rusiya  


Bizi "telegram"da izləyin