Ordu.az xəbər verir ki, bunu hərbi-siyasi məsələlər üzrə erməni ekspert Areq Koçinyan deyib.
Koçinyan hesab edir ki, Ermənistan KTMT-nin müşahidə missiyasına razılaşdığı andan daha pis vəziyyətə düşəcəkdi.
Koçinyan bildirib ki, KTMT bəyannaməsini imzalamamağı zəruri, lakin yetərli olmayan addım hesab edir.
“Biz KTMT bəyannaməsini imzalamamağı təşkilatdan çıxmaq üçün başlanğıc nöqtəsi hesab edə bilərik. ABŞ-ın vasitəçilik missiyası əhəmiyyətli dərəcədə artmasa, sərhəddə gərginlik yaranacaq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az