Yerablurda abadlıq işlərini başa çatdıra bilmirlər – Qəbirlər durmadan artır

2022/09/f21gh-1663925021.jpg
Oxunub: 385     17:10     01 Dekabr 2022    
44 günlük müharibədən 2 ildən çox vaxt keçir və İrəvandakı “Yerablur” hərbi panteonu böyüməkdə davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir tərəfdən yeni qəbir çuxurları qazılır, digər tərəfdən abadlıq və kirəmit işləri aparılır, ölmüş erməni hərbi qulluqçuların cəsədlərinin olduğu təzə qəbirlərin yanında bordür daşları düzülür.

Qeyd olunur ki, platformalar arasındakı yollar asfaltlanıb, ərazinin abadlaşdırılması da nəzərdə tutulub. 44 günlük müharibədə ölmüş erməni hərbi qulluqçuların məzar daşlarının qoyulması işləri artıq yekunlaşıb. Dövlət əvvəlcə 7 növ daş təklif edib, valideynlər onlardan 4-ü seçiblər.

Ermənistan Müdafiə Nazirliyi daş növünün seçimini ölmüş erməni hərbi qulluqçuların yaxınlarına həvalə etsə də, daşın hündürlüyü, eni və qalınlığı, tabutun uzunluğu ilə bağlı dəqiq standartlar müəyyən edib. Valideynlərdən yalnız 25-i eyni ağ daşları bir sahədə yerləşdirməyə razı olub.

Bildirilir ki, abadlıq işlərini başa çatdıra bilmirlər, çünki qəbirlər durmadan artır. Orada son zamanlarda ölənlərlə yanaşı, 2,5 ay əvvəl baş vermiş hərbi əməliyyatlar nəticəsində ölən, bu yaxınlarda Azərbaycan tərəfindən qaytarılan erməni hərbi qulluqçuların cəsədləri də dəfn edilir. İndiyədək Ermənistana 156 meyit qaytarılıb, onlardan 13-ü iki gün əvvəl, noyabrın 28-də qaytarılıb.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yerablur  


Bizi "telegram"da izləyin