“Joğovurd”: Köçəryan öz komandasında qara siyahı hazırlayıb, intriqalar yaradır

2021/01/d45d4-1610787229.jpg
Oxunub: 275     20:55     01 Dekabr 2022    
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryanın hakim fraksiyada yeni statusu var.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Köçəryan deputatlar, nazirlər, idarə heyəti ilə bağlı materiallar toplayır, Baş nazir Nikol Paşinyandan görüş xahiş edir və gedir, komanda yoldaşlarına qarşı mənfi məcrada intriqalar yaradır.

Müəllif qeyd edib ki, təbii olaraq bu, fraksiya daxilində mövcud vəziyyəti təqdim edir.

“Bu görüşlər dövri xarakter daşıyır və hər dəfə Paşinyana komandanın “qara qarğa”sı kimin ola biləcəyi barədə məlumat verir”, - deyə nəşrin mənbəsi vurğulayıb.

Mənbə bildirib ki, Köçəryan Paşinyanla görüşlərə konkret məmur adlarının əks olunduğu siyahılarla gedir.

“Bizə onu da bildirdilər ki, komissiya sədrinin deputatlar Arpi Davoyan və Vahaqn Aleksanyan timsalında hakim partiyanın idarəsində öz nümayəndələri var və bəzən onların vasitəsilə Paşinyanın yanında dediklərini gücləndirir. Niyə öz komandasında intriqalar yaradır? Bu sualın cavabını eşitmək üçün nəşrimiz əlaqə yaratmağa, Andranik Köçəryanın şərhini dinləməyə çalışıb. Deputatın köməkçisi bizə bildirdi ki, Köçəryanla Paşinyan arasında ayrıca görüş baş tutmur. “Onlar ya fraksiyanın ümumi iclaslarında, məsələn, güc strukturlarının təşkil etdiyi tədbirlərdə, ya da başqa formatda görüşlər zamanı görüşürlər. Müntəzəm də olsa, ayrıca görüşlər keçirmirlər”. Komandanın “qara” siyahısı ilə bağlı sual, bəlkə də, cavabsız qaldı”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin