Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Eduard Ağacanyan deyib.
Onun sözlərinə görə, Ermənistan bunun baş verməsi üçün əlindən gələni edir.
“Azərbaycan artıq bəyan edir ki, onların 8 kəndi erməni işğalı altındadır. Sərhədlərin demarkasiyası istiqamətində proses gedirmi?” sualına Ağacanyan belə cavab verib: “Bunlar yeni bəyanatlar deyil, proses gedir, amma biz proseslərə ümumi zaman kontekstində yanaşmalıyıq. Bunlar gündəlik görüşlər şəklində görünməməlidir. Bəli, görüşlər olur, amma onların arasında ictimaiyyət üçün açıq olmayan proseslər, söhbətlər də gedir”.
Sərhəddəki vəziyyət və sülh ilə bağlı suala o, cavab olaraq deyib: “Bu müddət ərzində sərhəddə vəziyyət gərgin olub. Bununla yanaşı, təbii ki, siyasi proseslər də baş verir. Biz irəli sürdüyümüz gündəliyi rəhbər tutmalı və hər şeyi etməliyik ki, Azərbaycan o gündəmin daşıyıcısı və tərkib hissəsi olsun. İndiyə qədər bunu 100 faiz həyata keçirə bilmişikmi? Təəssüf ki, yox, bu o demək deyil ki, qəbul etdiyimiz gündəmdən əl çəkməliyik”.
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri qeyd edib ki, İlham Əliyev-Nikol Paşinyan görüşünün dekabrda baş tutması üçün çalışmaq lazımdır.
“Biz vəziyyəti çıxılmaz hesab etmirik, sadəcə qeyd etmişik ki, aydın razılaşma olub və Ermənistan həmin razılaşmadan geri çəkilmir. Biz prosesi çıxılmaz nöqtə hesab etmirik. Görüşün baş tutması üçün çalışmalıyıq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az