BQXK: Aşkarlanan kütləvi məzarlıqlarda ekshumasiyanı mütəxəssislər aparmalıdır

2022/10/55-1664979730.jpg
Oxunub: 244     18:44     29 Noyabr 2022    
"Son zamanlar işğaldan azad olunan ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda ekshumasiya işləri mütəxəssislər tərəfindən aparılmalıdır".

Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

"Qeydə alınan itkin düşən şəxslərin ailələrindən məlumatlar toplanılıb. Bioloji nümünələr alınıb. Bütün bunlar itkin düşən şəxslərin axtarışı zamanı mühüm rol oynayır. Ekshumasiya işlərində ən vacib məsələ prosesin mütəxəssislər tərəfindən aparılmasıdır", - İ.Hüseynova deyib.

Komitə rəsmisi qeyd edib ki, ekshumasiya zamanı adi bir səhv, qalıqları tapılan həmin insanın taleyinin sonsuza qədər müəmmalı qalmasına gətirib çıxarır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin