ABŞ Dövlət Departamentinin müşaviri Bakıda apardığı danışıqların nəticələrini yüksək qiymətləndirib

2022/09/1662808125.jpg
Oxunub: 331     17:11     29 Noyabr 2022    
"Mən Bakıya səfər etməkdən və Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən sizinlə danışmaqdan məmnunam. Azərbaycanın potensialı nəzərə çarpır".

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker deyib.

"Hər dəfə buraya döndüyüm zaman mən iqtisadiyyatın, insanların dayanıqlığının və bütün Cənubi Qafqaz bölgəsi üçün imkanların artdığını müşahidə edirəm. Mən indi Bakıdayam, buradan da Tibilisi və İrəvana səfər edəcəm. Bu bölgədə coğrafiya və tarix görüşür. Biz bilirik ki, sülh prosesi asan deyil. Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olub. Lakin inanıram ki, ümid də var. Dinc gələcək üçün olan bir ümid. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər. Hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qafqaz  


Bizi "telegram"da izləyin