Ukrayna Fransadan reaktiv yaylım atəşi sistemi alıb

2022/11/1669727435.jpg
Oxunub: 463     17:10     29 Noyabr 2022    
Fransa Ukraynaya daha bir reaktiv yaylım atəşi sistemi verib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov tviter səhifəsində məlumat verib.

“Dördüncü uzunmənzilli reaktiv yaylım atəşi sistemi Fransadan Ukraynaya tədarük edilib. Ukrayna Ordusu indi düşmənlə mübarizədə daha da güclənib”, - o bildirib.

Nazir vurğulayıb ki, bu, Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski ilə Emmanuel Makron arasında dostluq münasibətlərindən xəbər verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin