Sentyabr şəhidinin yeni doğulan övladının adına depozit hesabı açılacaq

2022/11/6385f-1669724812.jpg
Oxunub: 327     16:26     29 Noyabr 2022    
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Fonddan Ordu.az-a verilən xəbərə görə, 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Vadim Qocayevin Bakı şəhərində doğulan övladı Zeydin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb.

Dünyaya yeni göz açan körpə - Zeydin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YAŞAT   Vətən-müharibəsi  


Bizi "telegram"da izləyin