Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Twitter“də bildirib.
O qeyd edib ki, burada əsas məsələ Rusiya Müdafiə Nazirliyi tərəfindən Qarabağdakı yaşayış məntəqələrinin adlarının Azərbaycanın rəsmi toponimlərinə uyğun qeyd olunmasının zəruriliyidir.
Fərid Şəfiyev vurğulayıb ki, burada 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də xüsusilə nəzərə alınmalıdır.
Ordu.az