Stoltenberq: "Putin Ukraynada uduzur"

2022/09/1663775202.jpg
Oxunub: 207     15:33     29 Noyabr 2022    
“Rusiya Prezidenti Vladimir Putin Ukraynada uduzur”.

Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, Rusiya qışdan silah kimi istifadə etməyə çalışır: “Alyansdakı müttəfiqlər zədələnmiş enerji obyektlərinin bərpasına kömək etmək üçün artıq Ukraynaya generatorlar və ehtiyat hissələri bağışlayıblar”.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba daha əvvəl qeyd etmişdi ki, NATO ölkələri təcili olaraq silah istehsalını artırmalıdırlar. Çünki bunsuz Ukrayna müharibədə qalib gələ bilməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin