Ordu.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, noyabrın 17-də səhər saatlarında Rusiyanın iki döyüş təyyarəsi Baltik dənizində adi əməliyyatlar aparan NATO Daimi Dəniz Qrupuna qarşı (SNMG1) təhlükəli və qeyri-peşəkar şəkildə yaxınlaşıb.
“NATO qüvvələri məsuliyyətlə hərəkət edərək, beynəlxalq hava və dəniz qaydalarına tam uyğun olaraq öz vəzifələrini yerinə yetiriblər”, - deyə açıqlamada qeyd olunur.
NATO-nun daimi dəniz qüvvələrindən biri olan SNMG-1 əməliyyat qrupu Baltik dənizində fəaliyyət göstərir.
Sevinc Əliyeva
Ordu.az