Ordu.az xəbər verir ki, sistem sensor ekran texnologiyasından istifadə edərək təyyarədəki uçuş və missiya kompüterləri ilə uyğun işləmək üçün nəzərdə tutulub.
LAD-820 ayrı-ayrılıqda idarə oluna bilən 1280 × 1024 ölçülü sağ və sol ekranlarla müxtəlif şəkilləri, həmçinin bir ekranda 2560 × 1024 ölçüsündə təsvirləri göstərmək imkanına malikdir. Yüksək parlaqlıq, yüksək kontrast nisbəti, aşağı əksetmə, NVIS uyğunluğu və toxunma ekran texnologiyası kimi üstün xüsusiyyətləri ilə LAD-820 operatora istənilən şəraitdə istifadə rahatlığı təmin edir.
Sevinc Əliyeva
Ordu.az