Rikerin səfəri İrəvanda keçirilən KTMT Assambleyasının ardınca və ondan bir gün sonra Ermənistanın baş nazirinin dəmir yolu məsələsi ilə bağlı müsbət siqnallar alındığını və yaxın vaxtlarda bunun öhdəsindən gəlmək zərurəti yaranacağı barədə bəyanatından sonra baş verir.
Güman etmək olar ki, ABŞ İrəvana KTMT Assambleyasına gəlməzdən əvvəl İlham Əliyevlə telefon danışığı aparan Rusiya prezidenti Putinin Bakıdan hansı müsbət impuls alması ilə “maraqlanıb”.
Ermənistan parlament sədri və Ermənistanın baş nazirinin açıqlamasından sonra Rusiya XİN-in nümayəndəsi Xovayevin Bakıya gəldiyi barədə məlumat yayılıb. Bütün bunlardan sonra Filip Riker yəqin ki, vəziyyəti anlamaq üçün Azərbaycana səfər edib.
Eyni zamanda Filip Riker Brüssel danışıqlarının təxirə salınması barədə bəyanatın səsləndirilməsindən sonra Bakıya səfər edib. Maraqlıdır, görəsən, Riker Aİ formatında danışıqların təxirə salınmasına necə yanaşır? Bu Vaşinqton üçün fürsət, yoxsa təhlükədir?
Bütün bunların fonunda Qarabağdakı qanunsuz erməni dəstələri və Ermənistan ordusu demək olar ki, hər gün Azərbaycan ordusunun mövqelərini atəşə tutur.
Asif Cəfərov
Ordu.az