“Britaniyaya Zəngəzur dəhlizi lazımdır” - Danielyan

2021/08/Danie-1629536245.jpg
Oxunub: 565     21:16     29 Noyabr 2022    
“İndi Fransa Azərbaycan enerjisinin Avropaya çatdırılmasının qarşısını alaraq Britaniyaya cavab zərbələri endirmək istəyir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, “British Petroleum” Azərbaycana 80 milyard dollara yaxın sərmayə qoyub, üstəlik, Azərbaycanın digər sektorlarına on milyardlarla investisiyalar da var.

“Buna Britaniyanın Mərkəzi Asiyaya, o cümlədən enerji daşıyıcıları sahəsinə yatırdığı on milyardlarla dollarlıq sərmayələri də əlavə etmək lazımdır və bunun üçün Britaniyanın xüsusilə Rusiya və İran ərazisindən yan keçməklə enerji daşıyıcılarını daşıması üçün türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək Zəngəzur dəhlizinə ehtiyacı var. Onu da nəzərə alaq ki, 2020-ci il müharibəsindən sonra noyabr ayında Türkiyəyə 18 milyard, o cümlədən hərbi sektora 100 milyon əlavə investisiya qoyulub. Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra Fransa-İngiltərə rəqabəti xüsusilə gücləndi və indi Fransa Azərbaycan enerjisinin Avropaya çatdırılmasının qarşısını alaraq Britaniyaya cavab zərbələri endirmək istəyir. Buna görə də Fransa Senatı fəallaşdı. Fransa Azərbaycandan mədən qoparmayana qədər, yəqin ki, dincəlməyəcək. Eynilə, Rusiya da öz maraqlarına uyğun hərəkət edir, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir”, - deyə Danielyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin