“Azərbaycan dəhliz verilməsə, Qarabağla birləşdirən yolda nəzarət-buraxılış məntəqələri yerləşdirəcəyi ilə hədələyir” - Abrahamyan

2021/10/26256-1633941465.jpg
Oxunub: 2029     17:55     29 Noyabr 2022    
“Azərbaycan Ermənistanda yaranmış vəziyyətdən, İrəvanda bu hakimiyyətin mövcudluğundan istifadə etməyə çalışır ki, bu da Bakıya Azərbaycanın iddiasını genişləndirmək, problemləri diplomatik və ya hərbi yolla həll etmək üçün maksimum imkanlar açır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan deyib.

O qeyd edib ki, Laçın dəhlizinə gəlincə, sentyabrın 1-dən Ermənistanı Qarabağla birləşdirən marşrutun dəhliz məntiqi dəyişdirildikdən sonra o vaxtdan marşrutun dəyişdirilməsinin artıq 5 km-lik təyin olunmuş bufer zonasında olmayacağı ilə bağlı narahatlıq yaranıb və əslində bu narahatlıqlar həyata keçib.

“Bu gün Ermənistanı Qarabağla birləşdirən yol dəhliz yox, yol statusuna malikdir. Azərbaycan həmin 5 km-lik hissədə döyüş mövqelərini yerləşdirib. Azərbaycan əvvəldən Ermənistandan keçə biləcək marşrutla bağlı bu mövzunu bir paketdə nəzərdən keçirib. Onun ilkin şərti bunların eyni rejimlərə malik olmasıdır. Azərbaycan əgər Ermənistan bu vəziyyətdə Azərbaycana dəhliz verməsə, o zaman Ermənistanı Qarabağla birləşdirən yolda nəzarət-buraxılış məntəqələri yerləşdirəcəyi ilə hədələyir”, - deyə erməni deputat bildirib.

Abrahamyan vurğulayıb ki, bu, gömrük, təhlükəsizlik və bütün digər rejimlərlə malların və insanların sərbəst hərəkətini məhdudlaşdırmaq və yoxlamaq deməkdir.

Erməni deputat vurğulayıb ki, Azərbaycanın mümkün hərbi əməliyyatlara hazırlığı başqa ölçüyə malikdir.

“Bu, siyasi, diplomatik və təbii ki, informasiya-təbliğat səviyyəsində ifadə olunur. Aİ müşahidəçilərinin işinin effektivliyi Aİ-nin onların hesabatı əsasında hansı addımlar atacağından asılıdır”, - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Laçın-dəhlizi  


Bizi "telegram"da izləyin