“Nikolla keçirilən 8 görüşün yekun hesabatında “Dağlıq Qarabağ” ifadəsi cəmi bir dəfə işlədilib”

2022/11/dfg45-1669714775.jpg
Oxunub: 461     15:41     29 Noyabr 2022    
“Nikolun şəxsi istifadə səfiri işləyən Edmon Marukyan bu gün “Twitter” səhifəsində “Dağlıq Qarabağ” ifadəsini işlətməyə davam etməsinin səbəbini əsaslandırıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

“Təbii olaraq aydındır ki, Qarabağ münaqişəsi həll olunmayıb, Dağlıq Qarabağ “siyasi subyekt” kimi, o cümlədən beynəlxalq siyasətdə yoxa çıxmayıb. Edmonun yazılarının yumoru başqa yerdədir. 10 noyabr 2020-ci il tarixindən sonra Edmonun müdiri Nikol İlham Əliyevlə Rusiya vasitəçiliyi ilə 3, Avropa vasitəçiliyi ilə isə 5 görüş keçirib. Həmin görüşlərdə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinin statistikasını təqdim edirik.

11.01.2021 - Moskva - “Dağlıq Qarabağ” qeyd edilmir.
26.11.2021- Soçi - “Dağlıq Qarabağ” qeyd olunur.
14 dekabr 2021 - Brüssel - “Dağlıq Qarabağ” qeyd edilmir.
6 aprel 2022 - Brüssel - “Dağlıq Qarabağ” qeyd edilmir.
23 may 2022 - Brüssel - QARABAĞIN ETNİK ERMƏNİ ƏHALİSİ qeyd olunur.
31 avqust 2022 - Brüssel - “Dağlıq Qarabağ” qeyd edilmir.
06.10.2022 - Praqa - “Dağlıq Qarabağ” qeyd edilmir.
31.10.2022 - Soçi - “Dağlıq Qarabağ” qeyd edilmir.

Yəni hesabat dövründə Nikolla keçirilən 8 görüşün yekun hesabatlarında “Dağlıq Qarabağ” ifadəsi cəmi bir dəfə (!) işlədilib. Əslində, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu məsələdə razılıq verən Nikoldan daha ardıcıldır. P. S. Edmona deyin ki, bu barədə də tvit atsın”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Marukyan   Ermənistan  


Bizi "telegram"da izləyin