Rusiyalı ekspert: “Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzinin susması təəccüblüdür”

2022/02/00-67-1644577901.jpg
Oxunub: 3859     15:32     29 Noyabr 2022    
KTMT-nin İrəvan sammiti bəzi proqnozların əksinə olaraq sensasion qərarları ilə diqqət mərkəzinə düşməyib. Bu qərarlar alyansın Cənubi Qafqaz siyasətinin konturlarını düzəldəcəkdi. Burada yeni geosiyasi reallıqlar formalaşdırılmalı idi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, bəzi ekspertlərin bildirdiyi kimi, bunu “qalmaqallı” da adlandırmaq olmaz.

Nəşr bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan təqdim olunan 17 sənəddən ikisini imzalamayıb, bu, Paşinyanın KTMT tarixində misli görünməmiş hərəkəti olub.

Rusiyalı analitik Stanislav Tarasov “Regnum”da dərc olunan məqaləsində yazır ki, Ermənistan Baş naziri bununla bağlı bəyanat verib və formal olaraq o, haqlıdır.

Rus analitik ümumi vəziyyəti və Ermənistan-Azərbaycan sentyabr eskalasiyasını təhlil edərək düşünür ki, Moskva 10 noyabr 2020-ci il tarixli və bununla bağlı digər bəyanatların tam şəkildə həyata keçirilməsi üçün fəal səylər göstərməsinə baxmayaraq, faktiki olaraq vəziyyətə nəzarəti itirir.

Tarasov qeyd edir ki, Bakı problemin güc yolu ilə həllinə keçir, bu, sanki İrəvan üçün sürpriz deyil, amma Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzinin susması təəccüblüdür.

“Əlbəttə, Moskva hələ də eskalasiyanın qarşısını almağa qadirdir, lakin aydındır ki, həm İrəvan, həm də Bakı Moskvanı yeganə danışıqlar platforması hesab etməkdən əl çəkiblər, çünki münaqişə spiralı Qərbin regionda siyasətini nəzərəçarpacaq dərəcədə aktivləşdirib. Bir tərəfdən Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün Qərb və ya Brüssel platformasının olması, digər tərəfdən isə Ermənistanda avropalı müşahidəçilərin olması KTMT-də hansısa “böyük oyun”un getdiyini hiss etməyə səbəb oldu. Bunun məqsədləri də ittifaqı qarışıq vəziyyətə salıb”, - deyə o bildirib.

Rusiyalı analitik hesab edir ki, KTMT-nin İrəvan sammiti kifayət qədər maraqlı geosiyasi oyunun daha bir əlamətdar mərhələsinin unikal kulminasiyası idi.

Tarasov Paşinyan və İlham Əliyevin öz hərəkətlərini əlaqələndirməsi, o cümlədən Rusiya və KTMT-ni narahat vəziyyətə salması hipotezinin tərəfdarı olmaqda davam edir.

Tarasov düşünür ki, Moskvada Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələlərə artıq sırf yerli səviyyədə baxılmır.

“Qərbin İrəvanı qəbul etməyə hazır olub-olmadığı sual altındadır. Əgər birdən-birə belə çıxmasa, o zaman İrəvan hələ “Moskvanın ürəyini fəth etməyi” bacarmalıdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT   Tarasov  


Bizi "telegram"da izləyin