Ata 20 yaşlı oğlu, müddətli erməni hərbi qulluqçu Henrik Aramyanın ölüm xəbərini Lori vilayətinin hərbi komissarlığının rəisindən alıb. Ona övladının döyüş mövqeyində öldürüldüyünü bildiriblər.
“Sanki məni ortadan kəsdilər... Amma heç vaxt ağlıma belə gətirməzdim ki, onu silahdaşı öldürüb, türklərin diversiya həyata keçirdiklərini düşünürdüm”, - deyə erməni hərbi qulluqçunun atası bildirib.
Aramyanlar Lori vilayətinin Quqark kəndində yaşayırlar. Oğlunun Əsgəranda qulluğunun başa çatmasına bir neçə ay qalıbmış, lakin mayın 19-da xidmət yoldaşı onu güllələyib. Bir ildən artıqdır ki, onlar məhkəmə iclaslarında güllələyən şəxsə məhkəmə sistemindən ədalətli cəza veriləcəyini gözləyirlər.
Henrik Aramyanın qətlində yeganə təqsirləndirilən şəxs onun xidmət yoldaşı, rütbədə böyük, Sisiandan olan kiçik çavuş Hayk Doluntsdur.
“Heç kim deyə bilməz ki, Hayk Dolunts silahla davranma qaydalarını öyrənməyib. Yaxşı bilirdi. Mən komandanlıqdan soruşdum ki, niyə mövqe başçısı onu qoymusunuz? Onlar cavab verdilər ki, onu mövqe başçısı təyin etmişik, çünki o, silahla davranış qaydalarını hamıdan yaxşı bilirdi”, - deyə Samson Aramyan bildirib.
O qeyd edib ki, bir ildən çox davam edən məhkəmə iclaslarında artıq iki hakim dəyişdirilib, ifadələr verilib, bu ifadələr müttəhim Hayk Dolunts tərəfindən törədilən cinayəti daha da gücləndirib.
Alpər Mövludoğlu
Ordu.az