Bəhreyn üçün istehsal edilən F-16 “Blok 70” döyüş təyyarəsi təqdim edilib

2022/11/1669644299.jpg
Oxunub: 374     20:00     29 Noyabr 2022    
ABŞ-ın “Lockheed Martin” şirkəti Bəhreyn üçün istehsal etdiyi F-16 “Blok 70” ilk döyüş təyyarəsini təqdim edib.

Ordu.az xəbər verir ki, Cənubi Karolina ştatının Qrinvill şəhərindəki yeni zavodda istehsal olunan təyyarə ilk uçuşdan əvvəl sınaq mərkəzinə aparılıb.

Təyyarələr ABŞ hökuməti tərəfindən sınaqdan keçirilməsi üçün Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələri bazasına göndərilib.

Qırıcı 2023-cü ilin əvvəlində uçuş sınaqlarına başlayacaq. Təyyarə 2024-cü ildə Bəhreynə təhvil veriləcək.

Zavodda Bəhreynlə yanaşı Slovakiya, Tayvan və Bolqarıstan üçün də F-16 “Blok 70” qırıcı təyyarələri istehsal olunacaq.

Sevinc Əliyeva
Ordu.az






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   F-16  


Bizi "telegram"da izləyin