İsrail və Yunanıstan arasında “Spike NLOS” raketlərinin tədarükü ilə bağlı müqavilə imzalanıb

2022/11/spike-1669635815.jpg
Oxunub: 409     20:11     28 Noyabr 2022    
İsrail Yunanıstan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinə “Spike NLOS” tank əleyhinə raket sistemləri tədarük edəcək.

Ordu.az xəbər verir ki, tərəflər arsında danışıqlar başa çatdırılıb və müqavilə imzalanıb.

Ümumi dəyəri 270 milyon avro olan müqaviləyə 27 sistem “Spike NLOS” raketi daxil olacaq. Bundan əlavə, Yunanıstanın AH-64 “Apache” helikopterlərinin imkanlarını artırmaq üçün raketlərin AH-64-lərə inteqrasiyası planlaşdırılır.

AH-64-lər SPIKE NLOS-un inteqrasiya olunacağı yeganə platforma deyil. Yunanıstan bu raketləri müxtəlif döyüş gəmilərinə inteqrasiya etmək üçün İsraillə razılığa gəlib.

“Spike” ailəsi tank və piyada əleyhinə raketlərdən ibarətdir. Raketlərin yaradıcısı İsrailin “Rafael Advanced Defense Systems” müdafiə sənayesi şirkətidir. Spike ailəsi raketləri çiyindən, avtomobildən və helikopterlərdən buraxıla bilər.

“Spike” ailəsinin ən uzun mənzilli üzvü olan NLOS təqribən 32 kilometr məsafəyə malikdir. Beşinci nəsil tank əleyhinə raket hesab edilən NLOS-un çəkisi təxminən 70 kq-dır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Yunanıstan  


Bizi "telegram"da izləyin