Türkiyə HHQ-yə yerli müəssisələr tərəfindən modernləşdirilən 11-ci C130 təyyarəsi təhvil verilib

2022/11/c-130-1669633613.jpg
Oxunub: 278     17:51     28 Noyabr 2022    
Türkiyənin TUSAŞ şirkəti tərəfindən “Erciyes” layihəsi çərçivəsində modernləşdirilən növbəti C-130 hərbi nəqliyyat təyyarəsi ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Komitəsinin sədri İsmail Dəmir məlumat verib.

Layihə çərçivəsində ümumilikdə 19 C-130 təyyarəsinin modernləşdirilməsi planlaşdırılır. Təyyarələrdən artıq 11-cisi təhvil verilib.

2006-cı ilin dekabr ayında Türkiyə hökuməti ilə TUSAŞ şirkəti arasında imzalanan müqavilə çərçivəsində 13 ədəd C-130E və 6 ədəd C-130B nəqliyyat təyyarəsinin avionikləri modernləşdiriləcək.

Layihə çərçivəsində təyyarənin GPS-I, radarları, hərbi və mülki naviqasiya sistemləri təkmiləşdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Erciyes  


Bizi "telegram"da izləyin