Türkiyə ordusu “Pələng Pəncəsi 2022” təlimləri keçirib

2022/11/44682-1669634793.jpg
Oxunub: 252     15:26     28 Noyabr 2022    
Türkiyədə Hərbi Hava, Hərbi Dəniz və Quru Qoşunları komandanlıqlarına məxsus bölmələrin iştirakı ilə “Pələng Pəncəsi 2022” təlimləri keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər Türkiyə ordusunun Hava Hücumundan Müdafiə Komandanlığının nəzarət və rəhbərliyi altında baş tutub.

“Aksaz bölgəsində və Aralıq dənizinin beynəlxalq su və hava məkanında həyata keçirilən manevr mümkün bir birgə əməliyyatda TSQ-nin hava məkanına nəzarət prosedurlarını, üsullarını və koordinasiya prosedurlarını həyata keçirmək məqsədi daşıyırdı”, - deyə açıqlamada bildirilib.

Təlimlərdə yerli istehsal “Hisar A+” və “Hisar O+” hava hücumundan müdafiə sistemlərindən də istifadə edilib.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TSQ  


Bizi "telegram"da izləyin