Bakıdan Paris-İrəvan tandeminə sərt cavab – Növbəti addım nə olacaq?

2022/09/1663227850.jpg
Oxunub: 570     15:30     28 Noyabr 2022    
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla dekabrın 7-nə planlaşdırılan görüşün baş tutmayacağını bildirib.

“Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək”, - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı daha sonra əlavə edib ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq: “Baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq”.

Rəsmi İrəvan dərhal açıqlama verib ki, Ermənistan Praqada əldə olunan razılığa və formata uyğun olaraq dekabrın 7-də keçiriləcək görüşə hazırdır.

İrəvan dördtərəfli formatla bağlı mövqeyi Parislə razılaşdırılıb, yəni Yelisey Sarayının Ermənisana təlimatı budur ki, Fransa olmadan hər hansı danışıqlar aparmayın.

İlham Əliyev Fransanın artıq vasitəçi ola bilməyəcəyini açıqlayıb. ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Prezidenti rəsmi Parisin sülh danışıqlarını pozan hərəkətlərini və Azərbaycana qarşı təxribatlarını sadalayıb.

Hazırda rəsmi İrəvan dalana dirənmiş vəziyyətdədir, çünki Brüssel formatı çərçivəsində Fransasız görüş baş tutsa, o zaman İrəvanın öz mövqeyindən geri çəkildiyi ortaya çıxacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Brüssel  


Bizi "telegram"da izləyin