Keçmiş erməni deputat: “Dövlət təhdid altında imza atdığını qəbul etməsə, bu, hüquqi nəticələrə səbəb olacaq”

2022/11/f5e7b-1669631566.jpg
Oxunub: 311     17:20     28 Noyabr 2022    
“Ermənistan hakimiyyəti təhdid altında sülh müqaviləsini imzalamaq niyyətində olduqlarını etiraf etsə, bu, zərərləri idarə etmək vasitəsi kimi xidmət edə bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquqşünas, keçmiş deputat Taron Simonyan deyib.

Onun sözlərinə görə, əgər bir dövlət digər dövləti təhdid edirsə və onu müqaviləni imzalamağa məcbur edirsə, bu, beynəlxalq aləmdə etibarsız sənəd sayılır.

“Əgər dövlət müharibədə uduzduğunu etiraf edib öz istəyi ilə sülh müqaviləsi imzalayırsa, o zaman etiraf edir ki, bir vaxtlar işğalçı olub, indi də qoşunlarını çıxarır. 10 noyabr sənədi necə imzalandı? Hədə-qorxu ilə imzalandığına dair qeyd var, yəni gələcəkdə müəyyən siyasi və diplomatik resursları birləşdirsək, sənədə hüquqi etiraz üçün əsas yarada bilərik, çünki dövlət rəhbərliyi təhlükə altında imzaladığını etiraf edib. Əgər dövlət başçısı təhdid altında sülh müqaviləsi bağlamağa hazırlaşdığını etiraf edərsə, bu, zərərləri idarə etmək vasitəsi kimi xidmət edə bilər. Lakin dövlət təhdid altında imza atdığını qəbul etməsə, bu, hüquqi nəticələrə səbəb olacaq, gələcəkdə bizə qarşı hüquqi proses başlaya bilər”, - deyə Simonyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təhdid  


Bizi "telegram"da izləyin