Seperatçıların “nümayəndəsi” Moskvada bir sıra görüşlər keçirib?

2022/11/timth-1669630764.jpg
Oxunub: 335     14:35     28 Noyabr 2022    
Separatçıların “rəhbəri” Arayik Harutyunyanın “nümayəndəsi” Masis Mayilyan Rusiyaya səfəri çərçivəsində Moskvada Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vağarşak Harutyunyan və bir qrup erməni diplomatlarla görüşlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Masis Mayilyan öz “Facebook” səhifəsində yazıb.

“Moskvaya səfəri zamanı Ermənistanın Rusiyadakı səfirliyinə baş çəkmək və fövqəladə və səlahiyyətli səfir, eləcə də digər erməni diplomatlar ilə fikir mübadiləsi aparmaq yaxşı ənənəyə çevrilib”, - deyə onun qeydində bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Separatçılar   Rusiya  


Bizi "telegram"da izləyin