Səfirlik ABŞ-ın Qafqaz üzrə baş müşavirinin Azərbaycana səfərinin məqsədini açıqlayıb

2022/09/1662808125.jpg
Oxunub: 409     13:22     28 Noyabr 2022    
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Ordu.az-a verilən xəbərə görə, Bakıya səfəri zamanı səfir Filip Riker Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla hökumət rəsmiləri ilə görüşəcək.

“Hər iki tərəf davamlı sülh razılaşmasına nail olmağa çalışdığı bir zaman səfir Riker ABŞ-ın Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlara davamlı dəstəyini vurğulayacaq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Riker   Səfirlik  


Bizi "telegram"da izləyin