Seperatçılar arasında qarşıdurma qızışır – Generalla bağlı nəşrlər əsasında cinayət işi başlanıb

2021/05/Kamo--1622028925.jpg
Oxunub: 345     13:20     28 Noyabr 2022    
Qondarma qurumun “keçmiş polis rəisi, milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri” Kamo Ağacanyanla bağlı nəşrlər əsasında cinayət işi başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.

““Hetq.am” saytında “Kamo Ağacanyana yenidən Qarabağda “vəzifə” vermək istəyirlər” başlığı ilə məqalə dərc edilib. Məqalədə müəllif aşağıdakıları da qeyd edib: “Budur, onun fəaliyyətinin bir epizodu. 2020-ci ilin 44 günlük müharibəsindən əvvəl Hadrutda Kamo Ağacanyanın ailəsinə məxsus “AK” adlı restoran var idi. Burada onun yaxın dostu Aşot Əmircanyan işləyirdi. Sonuncu Kamo Ağacanyanın bütün fəaliyyəti dövründə “müxtəlif dövlət orqanları”ndan maaş alıb. əvvəlcə “müdafiə ordusu”ndan, sonra K.Ağacanyan Gorus korpusuna rəhbərlik edərkən Ermənistan Müdafiə Nazirliyindən və nəhayət, “Qarabağ polisi”ndən. Beləliklə, Aşot Əmircanyan uzun müddətli “xidmət”dən sonra təqaüdə çıxıb. Halbuki bütün “iş fəaliyyəti” dövründə Aşot Əmircanyan Hadrutda Kamo Ağacanyanın ailəsinə məxsus restoranda işləyirdi. Kamo Ağacanyan böyük torpaq sahələrinə sahib idi, odun biznesi, mağazalar, yemək məntəqələri ilə məşğul olurdu””, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Seperatçılar   Qarşıdurma  


Bizi "telegram"da izləyin