Ankarada keçirilən Narışkin-Berns görüşünün detalları açıqlanıb

2022/11/1668683018.jpg
Oxunub: 355     12:57     28 Noyabr 2022    
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns və Rusiya Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin arasında risklərin, xüsusilə də nüvə risklərinin idarə edilməsi üçün kanal mövcuddur.

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud “Ria novosti”yə müsahibəsində bildirib.

“Berns və Narışkin arasında keçirilən görüş zamanı da nüvə riskləri müzakirə olunub. Uilyam Berns Ukraynadakı hərbi münaqişə barədə danışıqlar aparmayıb və bu münaqişənin həlli ilə bağlı müzakirə olmayıb. Nüvə riskləri və həbs olunmuş Amerika vətəndaşlarının vəziyyəti barədə müzakirələr aparılıb” – diplomat qeyd edib.

O həmçinin vurğulayıb ki, ehtiyac olduğu təqdirdə rəsmi Moskva və Vaşinqton arasında danışıqların baş tutması üçün bu kanalı hərəkətə gətirmək olar.

Xatırladaq ki, bu ilin 14 noyabrında, Türkiyənin paytaxtı Ankara şəhərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns və Rusiya Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin arasında görüş baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKİ   XKX  


Bizi "telegram"da izləyin