Azad edilən ərazilərdə daha 248 partlamamış hərbi sursat aşkarlayıb

2022/10/1664614016.jpg
Oxunub: 266     12:41     28 Noyabr 2022    
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 248 partlamamış hərbi sursat aşkarlayıb.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, noyabrın 21-dən 26-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 248 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 321 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   PHS  


Bizi "telegram"da izləyin