Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar Ağdama səfər ediblər

2022/11/1669625553.jpg
Oxunub: 259     12:23     28 Noyabr 2022    
Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri Azərbaycana səfər çərçivəsində Ağdama gəliblər.

Ordu.az xəbər verir ki, tədqiqatçılar ilk olaraq rayonun işğaldan azad olunan Ağdamkənd kəndinin xarabalığı ilə tanış olublar.

Daha sonra qonaqlar İmarət abidə kompleksində olublar.

Səfər iştirakçıları gün ərzində erməni vandallığına məruz qalmış yaşayış evləri ilə və Azərbaycan dövlətinin apardığı təmir-bərpa işləri ilə tanış olacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təbriz   Qarabağ  


Bizi "telegram"da izləyin