Erməni analitik: “Dəhliz Rusiya üçün strateji əhəmiyyət kəsb edir və bu məsələdə Azərbaycanı dəstəkləyir”

2022/11/1669624718.jpg
Oxunub: 492     12:36     28 Noyabr 2022    
“Zəngəzur Çin üçün o qədər də vacib deyil. Dəhliz “Bir Kəmər, Bir Yol” ilə bağlı ola bilməz”.

Ordu.az xəbər verir ki, bunu Rusiya və MDB məsələləri üzrə erməni analitik Lilit Gevorqyan deyib.

Onun sözlərinə görə, Çinin İran üzərindən malların daşınmasında problemi yoxdur.

“Azərbaycanın çoxdan işlənib hazırlanmış aydın planı var. Azərbaycan Zəngəzurla bağlı istəklərini reallaşdırmağa çalışır”, - deyə Gevorqyan qeyd edib.

Gevorqyan vurğulayıb ki, dəhliz Rusiya üçün strateji əhəmiyyət kəsb edir və bu məsələdə Azərbaycanı dəstəkləyir.

“Moskva dəhlizdə maraqlıdır, bu, Gürcüstana qarşı onun üçün rıçaqdır. Rusiya və Azərbaycanın dəhlizdə ümumi marağı var. Azərbaycan həmin tələbi formalaşdırıb”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zəngəzur-dəhlizi   Azərbaycan   Çin  


Bizi "telegram"da izləyin