Tağaverddə qanunsuz yaşayan erməni: ““Dinamik”ləri gətirib düz kilsənin yanına qoyublar və muğam qoşublar”

2021/04/timth-1617691890.jpg
Oxunub: 878     12:18     28 Noyabr 2022    
““Dinamik”ləri gətirib düz kilsənin yanına qoyublar və muğam qoşublar. Təxminən bir saat oxuyub”

Ordu.az xəbər verir ki, bunu Tağaverd kəndində qanunsuz yaşayan erməni Rudik Badasyan qeyd edib.

Onun sözlərinə görə, kənd sakinləri Azərbaycan muğamının səsini sonuncu dəfə təxminən 7 ay əvvəl hiss ediblər.

“Biz bu səsi aprel ayından bəri eşitmirik. Bu gün yenə kəndin içində onların səs eşidilirdi. Kəndin kilsəsi evlərdən təxminən üç yüz metr aralıda, onların mövqe tutduqları hissədə yerləşir. “Dinamik”ləri gətirib düz kilsənin yanına qoyublar və muğam qoşublar. Təxminən bir saat oxuyub”, - deyə Badasyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tağaverd   Muğam  


Bizi "telegram"da izləyin