Estoniya Ukraynaya hərbi dəstək üçün ÜDM-in 1%-ni ayırıb

2022/08/FagwS-1660907662.jpg
Oxunub: 391     19:29     27 Noyabr 2022    
Estoniya ümumi daxili məhsulunun təxminən 1%-ni Ukraynaya dəstək üçün ayırıb.

Ordu.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Hanno Pevkur bəyan edib.

Onun sözlərinə görə, kifayət qədər kiçik NATO ölkəsi olan Estoniya gələn il ümumi daxili məhsulunun 2,84%-ni müdafiəyə sərf etmək niyyətindədir.

Nazir bildirib ki, 2024-cü ildə bu məbləğ 3,2%-ə qədər yüksələcək: “Ölkənin ÜDM-nin təxminən 1%-i Ukraynaya hərbi dəstəyə xərclənib. Eyni zamanda Kiyevin xüsusilə hava hücumundan müdafiə sistemlərinə, eləcə də ağır artilleriya və sursata ehtiyacı var. Hamımız daha çox iş görməliyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Ukrayna  


Bizi "telegram"da izləyin