Şəkidə 100-dən çox şəhid ailəsi və qazi tibbi müayinədən keçirilib

2022/11/1669551094.jpg
Oxunub: 309     16:10     27 Noyabr 2022    
Elmi-Tədqiqat Kardiologiya İnstitutun əməkdaşları şəhid ailələri ve qazilər üçün tibbi aksiyalar aparılmasını davam edir.

İnstitutdan Ordu.az-a verilən məlumata görə, noyabrın 26- da Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və təşəbbüsü ilə Şəki Rayon Mərkəzi xəstəxanasında qeyd edilən növbəti tibbi aksiya keçirilib. Tədbir Səhiyyə Nazirliyi, İTS, TƏBİB, Şəki Icra Hakımıyyəti, Şekı Rayon Mərkəzi xəstəxanasının dəstəyi ilə keçirilib.

Tədbir zamanı Şekı rayonundan 100-dən artıq şəhid ailəsi, qazi və Vətən müharibəsi iştirakçıları tibbi müayinələrdən keçirilib.

ETKİ-nin direktoru, prof. Gülnaz Dadaşova bildirib ki, Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib və ETKI əməkdaşları bu aksıyaları davam etdirəcək.

Eyni zamanda xəstəxananın akt zalında həkimlər üçün elmi-praktik seminar keçirilib.

Aksiya “World Medicine” dərman şirkətinin dəstəyi ilə keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəki   Şəhid  


Bizi "telegram"da izləyin