Ordu.az xəbər verir ki, bu barədə bəyanat şənbə günü təşkilatın saytında dərc olunub.
“Baş katib noyabrın 24-də CAR-ın cənub-şərqindəki Obo aerodromuna bir mərakeşli sülhməramlının ölümü ilə nəticələnən hücumu qətiyyətlə pisləyir”, - bəyanatda deyilir.
Bununla yanaşı bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının sülhməramlılarına hücumlar beynəlxalq hüquqa əsasən müharibə cinayəti sayıla bilər: “Biz CAR rəhbərliyini bu faciənin səbəbkarlarının tezliklə məsuliyyətə cəlb edilməsi üçün hər cür səy göstərməyə çağırırıq”.
Qeyd edək ki, CAR-da BMT-nin Çoxsahəli İnteqrasiya edilmiş Sabitləşdirmə Missiyası 2014-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb.
Ordu.az