Yaponiya beş ildə müdafiəyə 290 milyard dollardan çox pul xərcləməyi planlaşdırır

2019/08/downl-1566022167.jpg
Oxunub: 414     07:20     27 Noyabr 2022    
Yaponiya hökuməti qarşıdakı 5 ildə ölkənin müdafiə qabiliyyətini artırmaq üçün 40 trilyon iyendən (290 milyard dollardan çox) çox vəsait xərcləməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin “Yomiuri” qəzeti məlumat yayıb.

Bildirilib ki, hazırda müvafiq plana baxılır. Rəsmi Tokio hər il ÜDM-in 2 %-dən çoxunu müdafiəyə xərcləməyi planlaşdırır.

Yaponiya Müdafiə Nazirliyi 2023-cü maliyyə ili üçün 5,59 trilyon iyendən (təxminən 40 milyard dollar) çox büdcə tələb etməyi planlaşdırır. Bu tələb təsdiqlənərsə, Tokionun hərbi xərcləri cari illə müqayisədə 4 %-dən çox artacaq. Eyni zamanda, yerli KİV-in məlumatına görə, tələb olunan büdcənin bir çox maddələri üzrə hazırda konkret məbləğlər göstərilmir. Nəticədə hərbi ayırmaların yekun həcmi ən azı daha 1 trilyon iyen artacaq və 6,5 trilyon iyen (45 milyard dollar) həddi keçəcək. Bu vəsaitlərin, xüsusən də hipersəs sistemlərini ələ keçirməyə qadir olan uzaqmənzilli raketlərin, hücum dronlarının və yeni raketdən müdafiə sistemlərinin hazırlanmasına və kütləvi istehsalına yönəldilməsi nəzərdə tutulur.

Yaponiya son bir neçə ildə mütəmadi olaraq müdafiə xərclərini artırıb. Belə ki, cari maliyyə ilində (2022-ci ilin aprelində başlayıb) bu ​​məqsədlər üçün ayırmalar 5,37 trilyon iyenə (hazırkı məzənnə ilə 39,1 milyard dollar) yüksəlib. Bu, rekord göstəricidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin