Lüksemburq Ukraynaya 6 Çexiya PUA-sı verib

2022/11/1669529871.jpg
Oxunub: 320     05:30     27 Noyabr 2022    
Lüksemburq Ukraynaya 6 Çexiya istehsalı olan “Primoco One 150” pilotsuz uçuş aparatını (PUA) təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Lüksemburq Müdafiə Nazirliyi məlumat yayıb.

“Primoco One 150” kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.

PUA avtomatik uçuş, eniş və uçuş planının icrasını təmin edən avtopilotla təchiz edilib. Bundan əlavə, “Primoco One 150” davamlı olaraq 15 saata qədər havada ola bilər.

Həmçinin Lüksemburqun Ukraynaya şəxsi heyətin daşınması üçün nəzərdə tutulmuş 42 ədəd “HUMVEE” zirehli taktiki maşınlar göndərdiyi bildirilir.

Lüksemburq zirehli avtomobillərdən əlavə 100 “NLAW” tank əleyhinə sistem və 15 hərbi çadırı Ukrayna qoşunlarına təhvil verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lüksemburq   PUA   Ukrayna  


Bizi "telegram"da izləyin